Yeni Zelandiyada 4.5 bal gücündə zəlzələ olub

Dünya

28.01.2021 - 13:54

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur

 

Bu gün Yeni Zelandiyanın Şimal adaları sahillərində 4,5 bal gücündə zəlzələ baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yeni Zelandiya Geoloji Xidməti məlumat yayıb.

 

Yeraltı təkanların episentri Plenti körfəzində, Te-Kaha şəhərindədir. Zəlzələ ocağının 118 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

 

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Müəllif: Ayna.az