Yəmənə hücumların nəticəsi: husilərin hücum imkanları azalıb

Dünya

14.01.2024 - 12:56

cedabet dərman SEO Xidməti

Husilərin mövqelərinə endirilən zərbələr nəticəsində hədəflərin təxminən 90 faizi məhv edilib

ABŞ və Britaniyanın Yəmənə hücumları husilərin hücum imkanlarını 30 faiz azaldıb. AYNA xəbər verir ki, bu barədə “The New York Times” adı açıqlanmayan Amerika rəsmilərinə istinadən yazıb.

Nəşrin ekspertləri qeyd edib ki, 11 və 12 yanvar cümə axşamı və cümə günləri Yəməndə husilərin mövqelərinə endirilən zərbələr nəticəsində hədəflərin təxminən 90 faizi məhv edilib. Lakin bu, onların hücum imkanlarına demək olar ki, heç bir təsiri etməyib.

“Bu zərbələr husilərin hücum imkanlarının yalnız 20-30 faizini zədələyib və ya məhv edib", - qəzetin mənbəsi vurğulayıb.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəmənə qarşı kütləvi hücuma keçib. Ölkənin paytaxtı Səna və liman şəhərləri atəşə tutulub. Zərbələr üçün döyüş təyyarələrindən istifadə edilib. Yaxın Şərq ölkəsində dənizdən esmineslərə quraşdırılmış “Tomaqavk” qanadlı raketləri buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş