“Yelisey sarayı dövlət başçısını istefaya göndərmək niyyətini qətiyyətlə rədd edir”
Yelisey sarayı Fransa Prezidenti Emmanuel Makronun istefa vermək niyyətində olması ilə bağlı xəbərləri qəti şəkildə rədd edib. AYNA xəbər verir ki, bu barədə “Europe 1” məlumat yayıb.
“Yelisey sarayı dövlət başçısını istefaya göndərmək niyyətini qətiyyətlə rədd edir”, - bildirilib.
Bundan əvvəl məlumat yayılmışdı ki, Fransa lideri sağçı qüvvələrin qalib gəldiyi Avropa Parlamentinə seçkilərin nəticələrinə görə istefaya getmək imkanını nəzərdən keçirir. Qeyd olunub ki, o, növbədənkənar parlament seçkilərini “dramatikləşdirmək” və öz elektoratını seçkiyə getməyə məcbur etmək üçün bilərəkdən bu addımı ata bilər.
Xatırladaq ki, iyunun 9-da Fransa Prezidenti Milli Assambleyanın buraxıldığını elan edib və növbədənkənar seçkilər təyin edib. Birinci tur iyunun 30-da keçiriləcək.