“Xahiş edirik, Almaniyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlayın”
Almaniyanın Yekaterinburqdakı Baş Konsulluğu bağlanıb. AYNA xəbər verir ki, bu barədə Almaniyanın diplomatik missiyasının saytında məlumat yerləşdirilib.
“Yekaterinburqdakı Baş Konsulluq bağlanıb. Xahiş edirik, Almaniyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlayın”, - saytda qeyd olunub.
Bundan əvvəl Almaniyanın Baş Konsulluğu dekabrın 1-i Novosibirskdə fəaliyyətini dayandırmışdı.
Bundan əvvəl Almaniyanın noyabrın 30-da Kalininqraddakı baş konsulluğunu bağladığı məlum olub. Ruslardan konsulluq və pasport məsələləri ilə bağlı Sankt-Peterburqdakı Baş Konsulluqla, viza məsələləri ilə bağlı isə Almaniyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlamağa çağırılıb.