Bölgədə ABŞ və İranın hərbi imkanlarını necə müqayisə etmək olar?
Hazırda dünyanın diqqəti ABŞ-İran qarşıdurmasına yönəlib. Prosesin açıq və irimiqyaslı müharibəyə keçmə ehtimalından narahatlıqlar da var. Bəs tərəflərin hərbi güc balansı hansı səviyyədədir? Bölgədə iki dövlətin hərbi imkanlarını necə müqayisə etmək olar?
AYNA Türkiyə mətbuatına istinadən, Yaxın Şərqdə ABŞ və İranın hərbi potensialının müqayisəli göstəricilərini təqdim edir:
Əvvəlcə ABŞ-dan başlayaq
"Soyuq müharibə"nin bitməsinin ardından, 1991-ci ildə Birinci Körfəz Müharibəsindən bu yana Yaxın Şərqdə geniş hərbi gücə malik olan ABŞ-ın bir çox ölkədə nəhəng hərbi bazaları yarandı. Rəsmi məlumata görə, Yaxın Şərqin 11 ölkəsində - Qətər, Bahreyn, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İsrail, Suriya, İordaniya, İraq və Ommanda 54 minə yaxın ABŞ əsgəri xidmət göstərir.
Ayna.az
Pin up casino Pin-up casino giriş