Yaxın gələcəkdə müəllimlərin sertifikasiyası keçiriləcək

Cəmiyyət

07.09.2021 - 16:09

Həkimlər Klinikalar SEO Xidməti

Emin Əmrullayev: “Məqsəd kimisə işdən azad etmək deyil

Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə müəllimlərin sertifikasiyasından danışıb. AYNA xəbər verir ki, nazirin sözlərinə görə, sertifikasiya müəyyən qaydalarla tənzimlənir.

“Bunun mahiyyəti çox sadədir: müəllimlərin daim inkişafda olmasını, keyfiyyətli təhsil verməsini istəyirik. Məqsəd kimisə işdən azad etmək deyil. Ümid edirəm ki, qarşıdakı aylarda pandemik şərait sertifikasiyaya imkan yaradacaq. Yaxın gələcəkdə sertifikasiyanı keçirməyi planlaşdırırq”, - deyə E.Əmrullayev vurğulayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş