Dağıntı və tələfat haqda məlumat yoxdur
Bağdadda “Yaşıl zona”ya iki raket atılıb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik orqanları məlumat yayıb. Bildirilir ki, “Yaşıl zona”da Amerika səfirliyi və hökumət müəssisələri yerləşir. Dağıntı və tələfat haqda məlumat yoxdur.
Hücumlar zamanı hava həyəcan siqnalı çalınıb.