Yasamalda mənzildə qadın meyiti aşkarlanıb

Hadisə

18.08.2021 - 21:41

Həkimlər Klinikalar SEO Xidməti

Meyit aidiyyəti üzrə təhvil verilib 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

FHN-dən AYNA-ya bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Stepanova Asya Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş