Yas mərasiminə gedən koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

22.10.2021 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb

Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş