Yaponiyanın Baş naziri Qazaxıstana səfərini təxirə salıb

Dünya

09.08.2024 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

“Zəlzələ ilə əlaqədar Fumio Kişidanın Qazaxıstana səfərinin ləğvi barədə qərar qəbul edilib”

Yaponiyanın Baş naziri Fumio Kişida güclü zəlzələ təhlükəsi ilə əlaqədar Qazaxıstana səfərini ləğv edib. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən “İnterfaks”a bildirilib.

“Yaponiya səfirliyinin məlumatına görə, ölkələrində baş verən zəlzələ ilə əlaqədar Baş nazir Fumio Kişidanın Qazaxıstana səfərinin ləğvi barədə qərar qəbul edilib”, - Qazaxıstan Xarici İşlər Nazirliyi cümə günü bildirib.

Yaponiyanın Baş naziri avqustun 9-da Qazaxıstana rəsmi səfər etməli və “Mərkəzi Asiya+Yaponiya” dialoqunun birinci sammitində iştirak etməli idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş