Kişida səfəri zamanı Ukraynaya həmrəylik və sarsılmaz dəstək təklif edəcək
Yaponiyanın Baş naziri Fumio Kişida Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün gözlənilmədən Kiyevə səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda qeyd edilib.
Məlumatda qeyd edilib ki, Kişida səfəri zamanı Ukraynaya həmrəylik və sarsılmaz dəstək təklif edəcək.
Yaponiya XİN-in yaydığı bəyanata görə, Kişidanın gəlişi öz vətənini müdafiə etmək üçün ayağa qalxan Ukrayna xalqının cəsarət və mətanətinə hörmətini göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, Yaponiya Ukraynanı işğal etdiyinə görə Rusiyaya sanksiya tətbiq etməkdə Qərb müttəfiqlərinə qoşulub və həmçinin Kiyevə dəstək təklif edib.