Yaponiyanın Baş naziri Kim Çen Inla görüşmək istəyir

Dünya

31.01.2024 - 11:36

cedabet dərman SEO Xidməti

Fumio Kişida: “Kim Çen Inla mümkün qədər tez görüşmək lazımdır”

“Mümkün qədər tez Şimali Koreya rəhbəri Kim Çen Inla görüşmək lazımdır”. AYNA “Kyodo”ya istinadən bildirir ki, bu sözləri Yaponiyanın Baş naziri Fumio Kişida deyib.

“Mən Kim Çen Ina Yaponiya-Şimali Koreya münasibətlərindəki problemləri həll etmək və hər iki ölkə üçün yeni dövr açmaq niyyətimi çatdırmağa davam edirəm. Eyni zamanda, ən qısa zamanda görüşün keçirilməsinin zəruriliyinə inanıram. Yüksək səviyyəli danışıqlar prosesi irəli apara bilər”, - deyə siyasətçi bildirib.

Baş nazir qeyd edib ki, bu məqsədlə müxtəlif kanallar vasitəsilə iş gedir, lakin bu, gələcək danışıqlara təsir edə biləcəyi üçün onun təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bundan əvvəl Yaponiyanın Baş naziri təsdiqləyib ki, ölkə ərazi məsələsini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir. Lakin yenə də sanksiyalar və Ukraynaya dəstək siyasətini davam etdirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş