Yaponiyada zəlzələdə ölənlərin sayı artıb

Dünya

11.01.2024 - 12:52

cedabet dərman SEO Xidməti

Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 213-ə çatıb

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 213 nəfərə yüksəlib. AYNA xəbər verir ki, bu barədə İşikava əyalətinin hakimiyyət orqanları məlumat yayıb.

Həmçinin təbii fəlakət zamanı yaralanan 567 nəfərin hələ də müalicə aldığı, itkin düşən 52 nəfərin isə axtarışlarının davam etdiyi bildirilir.

Zəlzələdən zərər çəkən bölgələrin 25 mindən çox sakini təxliyə mərkəzlərinə yerləşdirilib, 3 mindən çox insan isə yolların dağılması səbəbindən təcrid olunmuş vəziyyətdə qalıb. Zəlzələ nəticəsində 60 minə yaxın evin elektrik enerjisi kəsilib.

Hakimiyyət orqanları hazırda zəlzələnin dağıdıcı təsirinə məruz qalan ərazilərdə binaların çökmə risklərini qiymətləndirir. Yanvarın 9-dan bəri davam edən yağışlar sürüşmə və digər ikinci dərəcəli risklərin yaranma ehtimalını artırır.

Qeyd edək ki, Yaponiyanın Noto yarımadasında və İşikava prefekturası sahillərində yanvarın 1-dən 5-dək davam edən 5-7 bal gücündə çox sayda zəlzələ baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş