Yaponiyada təyyarələr toqquşub, ölənlər var

Dünya

02.01.2024 - 18:30

cedabet dərman SEO Xidməti

Toqquşmanın səbəbləri barədə hələ ki məlumat yoxdur

Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsinin Tokionun Haneda hava limanına enərkən toqquşduğu Yaponiya Sahil Mühafizəsi DHC-8 hərbi-nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşi həlak olub.

AYNA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Sahil Mühafizəsinin məlumatına görə, yanan təyyarədən çıxa bilmiş DHC-8 pilotunun vəziyyəti ağırdır. Təyyarə ölkənin zəlzələdən zərər çəkmiş rayonlarına humanitar yardım çatdırmaq üçün uçmağa hazırlaşırdı. Toqquşmanın səbəbləri barədə hələ ki məlumat yoxdur.

Eyni zamanda, ölkənin şimalındakı Sapporo şəhərindən Tokioya uçan JAL təyyarəsində olan 367 sərnişindən heç biri xəsarət almayıb. Onlar evakuasiya olunublar. 12 ekipaj üzvü də həyatı təhlükə altında deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş