Mayın 5-dən indiyədək 801 yoluxma faktı qeydə alınıb
Yaponiyada ölümlə nəticələnə bilən hemolitik streptokokların rekord dərəcədə yayılması qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, bu il mayın 5-dən indiyədək 801 yoluxma faktı qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,76 dəfə çoxdur. 2023-cü ildə 941 kəskin hemolitik streptokok yoluxucu xəstəlik halı qeydə alınıb.
Yoluxmanın artması səbəbləri məlum deyil. Kanalın məlumatına görə, versiyalardan biri də koronavirusdan qorunma tədbirlərinin zəiflədilməsidir.