Yaponiyanın Baş naziri Ukrayna Prezidentinə zəng edib
Yaponiyanın Baş naziri Fumio Kisida Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib. AYNA xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Məlumata görə, Yaponiyanın Baş naziri bu il “Böyük yeddilik” (G7) ölkələrinə sədrlik edəcək Tokionun Rusiyaya qarşı sanksiyalarını davam etdirəcəyini və Ukraynaya dəstək verəcəyini vəd edib.
Daha əvvəl Ukrayna tərəfinin Kişidanın Ukraynaya səfərini Tokiodan xahiş etdiyi ortaya çıxıb. Yapon liderin Ukraynaya səfərinin də telefon söhbətində müzakirə edildiyi ehtimal olunur.