Sanae Takaiçi ölkənin yeni Baş naziri seçilib
Baş nazir Şiqeru İşibanın rəhbərlik etdiyi Yaponiya hökuməti istefa verib. Bu barədə AYNA.AZ “Kyodo” agentliyinə istinadən xəbər verir.
Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) müxalifətdəki Yaponiya Yeniləmə Partiyası ilə LDP lideri Sanae Takaiçinin Baş nazir seçilməsinə zəmanət verəcək koalisiya yaratmağa razılaşıb.
Yaponiya Parlamenti Sanae Takaiçini ölkənin Baş naziri seçib. O parlamentin 465 yerlik aşağı palatasında keçirilən səsvermədə 237 səslə çoxluğu əldə edib.
Yuxarı palatanın da qərarı təsdiqləməsindən sonra Takaiçi gün ərzində and içərək vəzifəsinin icrasına başlayacaq.
Yeni hökumətin əsas gündəmini artan yaşayış xərcləri və miqrasiya siyasəti təşkil edəcək. Takaiçinin rəhbərliyi altında Yaponiyanın iqtisadi və sosial siyasətlərində daha milli-mühafizəkar istiqamətə yönələcəyi gözlənilir.