Nazirlər Kabinetinin baş katibi: “Yaponiya Ukrayna münaqişəsi ilə bağlı Hindistanın mövqeyi ilə razıdır”
Yaponiya Ukrayna münaqişəsinin dialoq yolu ilə həllinə dair Hindistanın mövqeyini dəstəkləyir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.
"Yaponiya və Hindistan liderləri Ukraynada hərbi əməliyyatların dərhal dayandırılması və vəziyyəti dialoq yolu ilə həll etmək üçün çalışmağın vacibliyi barədə razılığa gəliblər", - Nazirlər Kabinetinin baş katibi deyib.
Hayaşi əlavə edib ki, Yaponiya Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında “Rusiya-Hindistan münasibətlərinin gələcək inkişafını, o cümlədən danışıqların nəticəsini yaxından izləyəcək”.
Hayaşi həmçinin qeyd edib ki, Hindistan “azad və açıq Hind-Sakit Okean regionu vizyonunun” həyata keçirilməsində Yaponiyanın mühüm tərəfdaşıdır.
Baş katib Tokionun Yeni Dehli ilə çoxtərəfli formatda əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, iyulun 9-da Moskvada Putinlə baş tutan danışıqlardan sonra Hindistanın Baş naziri Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya kömək etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, “Hindistan həmişə sülhün tərəfində olub”.