"MAKO Holdinq"i yanvar ayında Rusiya hüquqi şəxslərin reyestrinə daxil olmaq üçün ərizə verib və qeydiyyatdan keçib
Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr biznesini Rusiya yurisdiksiyasına keçirib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Yanukoviçin "MAKO Holdinq"i yanvar ayında Rusiya hüquqi şəxslərin reyestrinə daxil olmaq üçün ərizə verib və qeydiyyatdan keçib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Yanukoviçin sanksiya siyahısına əlavə edilməsi haqqında fərman imzalayıb.
Ötən ilin avqust ayında Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi səbəbindən Yanukoviç və onun oğlu Aleksandra qarşı yeni sanksiyalar elan edib.