Yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Dünya

23.01.2020 - 16:24

Həkimlər Klinikalar SEO Xidməti

Qəzanın səbəbi, hələlik məlum deyil

 

Avstraliyada meşə yanğınları ilə mübarizə aparan təyyarə qəzaya uğrayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, “C-130 Hercules” təyyarəsi ilə ötən gün yerli vaxtla günorta saatlarında əlaqə itib.

 

Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalətindəki qarlı dağlarda - Kanberradan cənubda baş verən qəzanın səbəbi, hələlik məlum deyil.

 

Yeni Cənubi Uels Yanğın Xidmətinin komissarı Şane Fitzsimmons təyyarənin havada olarkən tüstüləndiyinin təsdiqləyib.

 

Qəzada üç ABŞ sakininin vəfat etdiyi bildirilib.

Coulson C-130 Hercules

Qeyd edək ki, Avstarliyadakı isti və küləkli hava şəraiti meşə yanğınlarını yenidən aktivləşdirib. 80-dən çox vilayətdə yanğınla mübarizə tədbirləri yenidən başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş