Yakovenko: “Zədələnmiş etimad Rusiya-Qərb anlaşmasına imkan vermir”

Dünya

15.03.2024 - 10:56

cedabet dərman SEO Xidməti

Rusiyalı diplomat Qərblə münasibətlərdəki böhranın səbəbini açıqlayıb

“Ukraynadakı münaqişənin və Rusiya ilə Qərbin münasibətlərindəki böhranın həlli üçün gələcək razılaşmaların əldə edilməsi vədlərə inamın aşınması ilə çətinləşir”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru Aleksandr Yakovenko bildirib.

Diplomat Qərbin beynəlxalq hüququn öhdəliklərini yerinə yetirməsi zərurəti ilə bağlı prinsiplərə məhəl qoymadığını söyləyib. Yakovenko nümunə kimi, Qərbin Moskvaya açıq şəkildə Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmadığını, Ukraynanın yenidən hərbiləşdirilməsi üçün vaxt qazanmağa ümid etdiklərini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Rusiya və Qərblə münasibətlərindən danışıb. Ərdoğan Türkiyənin Rusiya və Qərbə inamını müqayisə edib və Moskvanın etibarlılığına şübhə etmək üçün heç bir əsasının olmadığını vurğulayıb: “Rusiyaya güvənməmək üçün məndə heç bir səbəb yoxdur. Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır. 50 ildir ki, Avropa İttifaqı bizi öz qapısında gözlədir. İndi mən Rusiyaya Qərbdən az güvənmirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş