İsgəndəriyyə Patriarxının adının pravoslav kilsələrinin mərasimlərində oxunan adlar siyahısından çıxarılacağı da bildirib
Xristianlığın pravoslav təriqətinin ən böyük mərkəzlərindən biri olan Moskva Patriarxlığı, Pravoslav dünyasının digər əhəmiyyətli mərkəzi olan İsgəndəriyyə Patriarxlığı ilə əlaqələri kəsib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər bu bölünmənin pravoslav dünyasındakı ən böyük bölünmələrdən biri olduğunu söyləyiblər.
Bu yaxınlarda İsgəndəriyyə Patriarxı Teodor, Ukraynanın Moskva Patriarxlığına deyil, Yunan Patriarxlığının ruhani tərkibinə girdiyini və Ukraynada Yunan Patriarxlığına bağlı olaraq qurulan Ukrayna Pravoslav Kilsəsini tanıdığını və bu kilsə ilə əlaqələr quracağını bildirmişdi. Bu hadisə isə Ukraynanı öz ərazisi hesab edən Moskva Patriarxlığının reaksiyasına səbəb olmuşdu.
Bundan sonra Moskva Patriarxlığının (Müqəddəs Sinod) direktorlar şurasının iclasında İsgəndəriyyə Patriarxı Teodorla əlaqənin kəsilməsi qərara alınıb. İsgəndəriyyə Patriarxı Teodorun Ukrayna ilə bağlı qərarı, İsgəndəriyyə Patriarxı (Sinod) İdarə Heyətinin qərarı ilə ziddiyyət təşkil etdiyi və İskəndəriyyə Patriarxının bütün prosedurlara zidd olaraq bu mövzuda əks qərar qəbul etdiyi vurğulanıb.
Qərarda, həmçinin İsgəndəriyyə Patriarxının adının pravoslav kilsələrinin mərasimlərində oxunan adlar siyahısından çıxarılacağı da bildirib.