Xorvatiya Avropa İttifaqını genişləndirmək niyyətindədir

Dünya

11.01.2020 - 00:50

Həkimlər Klinikalar SEO Xidməti

Xorvatiya Aİ ilə bağlı planlarını açıqlayıb

 

Xorvatiya Avropa İttifaqı (Aİ) Şurasındakı sədrliyi dövründə Şimali Makedoniyanın və Albaniyanın da Aİ üzvlüyünə qəbuluna dair danışıqlara dəstək verəcək.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə hökumətin “Twitter” səhifəsində paylaşılan açıqlamada bildirilir.

 

“Genişlənməyə gəlincə, Xorvatiyaya Aİ yolunu açmış qurumun Zaqreb zirvə görüşündən 20 il sonra çalışacağıq ki, Şimali Makedoniya və Albaniyanın üzvlük məsələsi ilə bağlı vəziyyəti həll edək və sərbəstləşdirək”, - açıqlamada deyilir.

 

Bununla yanaşı, Xorvatiyanın Aİ Şurası sədrliyi dövründə “Brexit”, demoqrafiya problemləri, təşkilatın uzunmüddətli maliyyə planı kimi məsələlərin prioritet olacağı qeyd olunur.

 

Xatırladaq ki, Xorvatiya cari ilin yanvar - iyun ayları ərzində Aİ Şurasına sədrlik edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş