Fəhlənin iş zamanı ölümü ilə bağlı araşdırma aparılır
Yanvarın 23-də Abşeron rayonunun Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədovun yükqaldırıcı mexanizmin altında qalması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.