MMC-ni qarət edənlər saxlanılıb

Hadisə

26.11.2019 - 11:42

Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər

 

MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərə, 650 metr uzunluğu olan alüminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

 

Nəticədə həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri Asif Abdullayev, Yaşar Atayev və Asif Abdurahmanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az