Zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib
Xəzər dənizində zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yerli vaxtla saat 04:02-də qeydə alınan zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3.2-yə bərabər olub.