Bakıda xilasedicilər 7 nəfərin harayına yetişiblər

Hadisə

04.12.2019 - 10:43

Xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nəsimi və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az