Xarkovun atəşə tutulması nəticəsində 18 nəfər yaralanıb

Dünya

14.05.2024 - 21:58

Həkimlər Klinikalar SEO Xidməti

Atılan raketlərdən biri şəhərin mərkəzindəki çoxmərtəbəli binaya düşüb

Ukraynanın Xarkov şəhərinin atəşə tutulması nəticəsində 18 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Region başçısının sözlərinə görə, bu gün Rusiya Silahlı Qüvvələri Xarkov şəhərinin yaşayış rayonuna 7 hava zərbəsi endirib, nəticədə dinc sakinlər əziyyət çəkib. Atılan raketlərdən biri şəhərin mərkəzindəki çoxmərtəbəli binaya düşüb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralılar arasında 12 yaşlı qız, o cümlədən 61 yaşlı qadın və 73 yaşlı kişi də var. Onların vəziyyəti sabit qiymətləndirilir. Lakin xəsarət alan 28 yaşlı gəncin vəziyyəti ağırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş