Xarkov meri şəhərin boşaldılması xəbərlərini təkzib edib

Dünya

15.05.2024 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

“Bu gün biz hazırda aktiv hərbi əməliyyatların getdiyi ərazilərdən olan insanları Xarkovda qəbul edirik”

“Hazırda Xarkov sakinləri təxliyə olunmur”. AYNA “Strana.ua” nəşrinin “Telegram” kanalına istinadən xəbər verir ki, bu sözləri Xarkov meri İqor Terekov deyib.

“Hələlik Xarkov şəhərindən təxliyəsindən söhbət getmir. Əksinə, bu gün biz hazırda aktiv hərbi əməliyyatların getdiyi ərazilərdən olan insanları Xarkovda qəbul edirik”, - deyə Terekov bildirib.

Onun sözlərinə görə, yaşayış binalarının atəşə tutulması şəhər əhalisi arasında panika yaratmaq məqsədilə edilir.

Şəhərdə hava hücumu xəbərdarlığı səkkiz saatdır davam edir.

Xarkov başqa şəhərlərdən altı mindən çox qaçqını qəbul edib ki, onlar yataqxanalara yerləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl bildirib ki, Xarkov yaxınlığındakı döyüşlər Ukrayna ordusu üçün ən çətin döyüşdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş