Sənəd qəbulu avqustun 15-i saat 23:59-dək davam edəcək
2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.
Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu avqustun 15-i saat 23:59-dək davam edəcək.
Sənəd qəbuluna dair ətraflı məlumatı Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.