Dövlət başçısından Akif Əli Zadənin barəsində sərəncam

Xəbərlər

23.10.2019 - 16:57

Akif Ağa Mehdi oğlu Əli Zadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

 

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əli Zadə ilə bağlı sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Müəllif: Ayna.az