QHT-lərin nəzərinə!

Xəbərlər

22.11.2019 - 16:52

Tədbir 28 noyabr 2019-cu il tarixdə saat 15:00-da baş tutacaq



Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq. Bu barədə AYNA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edib. 


Bu çərçivədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilənqrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq.


Tədbir 28 noyabr 2019-cu il tarixdə saat 15:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin inzibati binasında (Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 86) keçiriləcək.

Müəllif: Ayna.az