"Sionistlər öz hərəkətləri ilə bu fəlakəti öz başlarına gətirdilər"
“İsrail həm hərbi, həm də kəşfiyyat baxımından məğlubiyyətə uğradı”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib.
“Baş verənlər dağıdıcı zəlzələ effekti verdi və işğal rejiminin bəzi əsas hökumət strukturlarını dağıda bildi. Onu asanlıqla bərpa etmək mümkün deyil. Əməliyyatın bacarıqlı və ağıllı təşkilatçılarının, fələstinli gənclərin alınlarından və əllərindən öpürük. Son böyük hadisənin fələstinlilərin işi olmadığını söyləyənlər yanılırlar”, Xamenei vurğulayıb.
"Sionistlər öz hərəkətləri ilə bu fəlakəti öz başlarına gətirdilər", - Xamenei əlavə edib.
İran Ali Rəhbəri fikirlərinə belə davam edib: "Zorakılıq və cinayət pik həddə olanda, vəhşilik pik həddə olanda, fırtına gözlənilməlidir".
Xamenei son eskalasiyada İsrail rəhbərliyini günahlandırıb.