Xalq rəssamı Arif Qazıyev vəfat edib

Hadisə

04.09.2021 - 05:48

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan incəsənətinə ağır itki üz verib 

 

Xalq rəssamı, heykəltəraş Arif Qazıyev bu gün vəfat edib. AYNA xəbər  verir  ki, bu barədə APA-ya rəssamın yaxınları məlumat verib.

 

Qeyd edək ki, Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub.

 

Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyuq”, ”İki bumeranq” və s. əsərlərin müəllifi olan 84 yaşlı incəsənət xadimi Arif Qazıyev 2018-ci ildə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş