Qaraçı kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər məhv olunub
Xaçmazda 1 ton 671 kq çətənə kolu məhv edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraçı kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 671 kiloqram olan 1342 ədəd çətənə kolu yandırılaraq məhv edilib.