Əhaliyə hava ilə bağlı xəbərdarlıq: <font color=red> Leysan yağacaq, dolu düşəcək</font>

Xəbərlər

02.08.2019 - 18:29

Yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlagədar əhalini acıq havada olarkən bu faktoru nəzərə almaqlarını tövsiyə olunur

 

Bir neçə gün davam edən isti hava şəraitindən sonra, şımal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində avqustun 2-si axşamdan 4-dək, əsasən, Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

 

Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 5-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən, şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 

Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

 

"Yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlagədar əhalini acıq havada olarkən bu faktoru nəzərə almaqlarını tövsiyə edirik", - departamentdən bildirilib.

Müəllif: Ayna.az