Sexin qalan hissəsi və yaxınlıqda olan avtomobillər yanğından mühafizə olunub
Xaçmaz şəhərində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, ümumi sahəsi 1200 m² olan tikinti materialları sexinin yanar konstruksiyaları 100 m² sahədə, içərisində 7 ədəd dəzgah, taxta materialları və bitişik sahəsi 40 m² olan avtomobil təmiri sexinin içərisində 7 m² sahədə yağ qalıqları yanıb.
Sexin qalan hissəsi və yaxınlıqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.