Vulkanın püskürmə anı görüntüləndi

Maraqlı

28.06.2019 - 08:01

NASA vulkanın püskürmə anını qeydə alıb

 

ABŞ-ın Kosmik Tədqiqatlar Agentliyi (NASA) Rusiyada baş verən vulkan püskürməsinin fotosunu yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada (ISS) fəaliyyət göstərən kosmonavtlar yerdən 400 kilometr hündürlükdə yerləşən Raikoke vulkanının püskürmə anının fotosunu çəkiblər.

 

Daha əvvəl dünyanın müxtəlif yerlərində baş verən təbiət hadisələrinin də fotoları bu stansiyanın kosmonavtları tərəfindən çəkilib.

Rusiyanın Kamçatka yarımadasında yerləşən Raikoke vulkanının püskürməsi zamanı əmələ gələn qızmar tüstülər 13-16 metr hündürlüyə qədər yüksəlib.

 

Qeyd edək ki, Raikoke vulkanı 1778 və 1924-cü illərdə püskürüb. Hündürlüyü 550 metr olan vulkanik mənşəli dağın üzərində və ətrafında yaşayış yoxdur.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə