Çində koronavirus təhlükəsi davam edir
Çinin Vuhan şəhərində giriş-çıxış qadağasının ləğvi təxirə salınıb. AYNA xarici m'tbuata istinadən xəbər verir ki, buna səbəb şəhərdə koronavirusdan 4 yeni ölüm faktının qeydə alınmasıdır.
Hazırda şəhərdə 1 727 nəfər müalicə alır.
Qeyd edək ki, son bir ayda Çin hökuməti ölkədə, xüsusilə də virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizli saxlayır.