Vitse-spiker: “Ukraynaya yardım ancaq yoxsulluğa gətirib çıxarır”

Dünya

24.01.2024 - 11:51

cedabet dərman SEO Xidməti

Slovakiya onlara böyük yardım göstərir və insanlar artıq bundan beziblər”

“Slovakiyalılar ölkənin Ukraynaya böyük yardım göstərməsindən yorulublar. Çünki bu, yoxsulluğa gətirib çıxarır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Slovakiya Parlamentinin vitse-spikeri Lubos Blaha öz “Telegram” kanalında yazıb.

“Ukraynalılar inciməli deyillər. Slovakiya onlara böyük yardım göstərir və insanlar artıq bundan beziblər”, – siyasətçi qeyd edib.

Blaha həmçinin qeyd edib ki, Slovakiyanın Baş naziri Robert Fiko Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun fiaskosu haqqında danışarkən haqlıdır.

Vitse-spiker Ukraynanı “dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri” adlandırıb və Avropa İttifaqının maliyyə yardımını milyardları “qara dəliyə” tökmək kimi qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş