"İranın nüvə silahı əldə etməməsini təmin etmək üçün hərbi əməliyyatlar və diplomatik həll yolları var”
ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens ABŞ-ın İrana potensial zərbəsinin Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmayacağına əmindir.
AYNA.AZ xəbər verir ki, "The Washington Post" qəzetinə verdiyi müsahibədə Vens deyib ki, "Yaxın Şərqdə illərlə sonu görünməyən bir müharibədə olacağımız fikri var. Bunun baş vermə ehtimalı yoxdur" deyib.
Nəşrin məlumatına görə, Vens ABŞ-ın İrana potensial zərbəsinin mümkün nəticələrini müzakirə edərək, Vaşinqton administrasiyasının bu cür addımları istisna etmədiyini açıq şəkildə bildirib.
Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyi variantlar arasında "İranın nüvə silahı əldə etməməsini təmin etmək üçün" hərbi əməliyyatlar və diplomatik həll yolları var.