Vəngli kəndinə növbəti köç olub

Xəbərlər

09.10.2025 - 18:21

28 ailəyə açarlar təqdim edilib

Oktyabrın 9-da 28 ailədən ibarət 112 nəfər Ağdərə rayonunun Vəngli kəndinə köçürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, kənddə bərpa edilən yaşayış evlərinin açarları keçmiş məcburi köçkünlərə təqdim olunub.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri təbrik edərək, onlara yeni evlərində rifah, sağlamlıq və xoşbəxt günlər arzulayıb.

M.Əfəndiyev bildirib ki, işğaldan azad olunandan sonra təmir və bərpa işləri aparılan kənddə, sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yaradılıb.

Xatırladaq ki, Vəngli kəndinə bugünədək 188 nəfərdən ibarət 51 ailə köçürülmüşdü. Beləliklə, bu gün gerçəkləşən köçlə birlikdə kəndə ümumilikdə 79 ailə, 300-dən çox sakin qayıdıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş