Nardaran sakini silah-sursatı polisə təhvil verib

Hadisə

02.09.2019 - 15:56

Bir ədəd "RQD" qumbarası, 57 ədəd patron və zəncir olan torba könüllü olaraq təhvil verilib

 

Nardaranda silah-sursat aşkar edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ə.Qarayev tapdığı içərisində 1 ədəd lüləsi kəsilmiş "İJ" markalı tüfəng, 1 ədəd "RQD" qumbarası, 57 ədəd patron və zəncir olan torbanı könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə