Həkimlər “Hacı Mazan”ı əməliyyat edə bilmirlər

Hadisə

04.07.2019 - 19:01

“Xəstə bir az özünə gəldikdən sonra vəziyyətinə uyğun olaraq əməliyyata alınacaq”

 

 

İyulun 2-də Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəzaya uğrayan, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun səhhəti ilə bağlı son durum açıqlanıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova oxu.az-a açıqlamasında bildirib ki, onun ağciyərinə ciddi ziyan dəyib.

 

“Hacı Mazan”ın yenidən əməliyyata alınacağını bildirən G.Aslanova bunun iş adamının vəziyyətindən asılı olduğunu deyib: “Ramazan Zeynalov hazırda reanimasiya şəraitində saxlanılır. Onun ağciyərlərinə ciddi ziyan dəyib. Həkimlərin müdaxiləsi ilə xəstə şok vəziyyətindən çıxarılıb. İki gündür stabil vəziyyətdə saxlanılır. Həkimlər əməliyyat üçün ciyərlərin vəziyyətini müşahidə edir. Xəstə bir az daha özünə gəldikdən sonra vəziyyətinə uyğun olaraq əməliyyata alınacaq”.

 

Xatırladaq ki, qəza bəticəsində “Hacı Mazan” və sürücüsü, 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin, onların salonunda olduğu “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

 

R.Zeynalov sağ budun sınığı və qapalı kəllə-beyin travması diaqnozu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İş adamının yaxınları onun Bakıdakı xəstəxanaların birinə köçürülməsini istəyib və o, hazırda paytaxtda gətirilib.

Müəllif: Ayna.az