Bakı Nəqliyyat Agentliyi xəbərdarlıq edir

Xəbərlər

05.08.2019 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

 

Hazırda paytaxtda müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına diqqətli və ehtiyyatlı olmaları tövsiyə edilir.  

 

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Sərnişinlərdən xahiş olunur ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

 

Sürücülərə isə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

 

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.      

Müəllif: Ayna.az