Venesuelada Maduroya qarşı kütləvi aksiyalar keçirilib

Dünya

18.08.2024 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

Karakasdakı mitinqdə müxalifət lideri Mariya Korina Maçado da iştirak edib

Venesuelada mübahisəli prezident seçkilərindən sonra minlərlə insan etiraz aksiyası keçirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, avqustun 17-də paytaxt Karakasda keçirilən mitinqdə əvvəllər həbs olunacağından ehtiyat edərək uzun müddət ölkədə gizlənən müxalifət lideri Mariya Korina Maçado da iştirak edib.

Maria Korina Maçado toplaşanlara Nikolas Maduronun yeni prezidentlik müddətinə qarşı “sona qədər” mübarizə aparacaqlarına söz verib və insanların “küçələri tərk etməyəcəklərini” deyib.

Maçado həmçinin Venesuela təhlükəsizlik qüvvələrini müxalifətin tərəfinə keçməyə çağırıb.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Ölkənin hökumətin nəzarətində olan seçki komissiyası bildirib ki, əvvəllər ölkəni iki prezidentlik müddətində idarə etmiş Nikolas Maduro seçicilərin 51,2 faizinin dəstəyini qazanıb. Lakin beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakına icazə verilməyib.

Müxalifətin fikrincə, bülletenlərin ədalətli hesablanması ilə müxalifət namizədi Qonzales təxminən 67 faiz səslə seçkidə qalib gəlməli idi. Maduronun rəqibləri dəstək olaraq, Venesueladakı seçki məntəqələrindən birbaşa alınan bülletenlərin 80 faizindən çoxunu dərc ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş