Varşavadan müharibəyə hazırlıq: Polşa silah istehsalını artırıb

Dünya

17.01.2024 - 11:51

cedabet dərman SEO Xidməti

“Polşa fabrikləri müharibəyə hazırlaşır, istehsal tam sürətlə gedir”

Polşa Ukrayna münaqişəsinin gərginləşməsindən qorxduğu üçün silah istehsalını dəfələrlə artırır. AYNA xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzetinin köşə yazarı Zbiqnev Lentoviç yazıb.

Onun sözlərinə görə, yeni modernləşdirilmiş müəssisələr də istehsal həcmini artırmağa hazırlaşır, çünki onların gücü tələbata cavab vermir.

Jurnalist artilleriya qurğularının istehsalı üzrə ixtisaslaşan, lakin yaxın vaxtlarda piyadaların döyüş maşınlarının və zirehli texnikanın yığılmasına başlayacaq “Staleva Volya” zavodunu misal çəkib: “Müəssisə rəhbəri qeyd etdi ki, hökumət istehsal həcmini iki dəfə artırmaq üçün iki il vaxt verib. Baxmayaraq ki, bu yaxınlarda zavoda istehsal gücünü artırmaq üçün külli miqdarda investisiya qoyulub. Polşa fabrikləri müharibəyə hazırlaşır, istehsal tam sürətlə gedir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş