COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir
Azərbaycanda son sutkada koronavirus əleyhinə 69221 vaksin vurulub.
Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə 47198 nəfərdir.
Vaksinlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə isə 3 150 289 nəfər təşkil edir.