Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

11.09.2021 - 19:09

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

Sentyabrın 11-də Azərbaycanda 64 520 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 234 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 068 624 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş