Tovuzda torpaq davası: İşin ucu bütün aidiyyəti qurumlara toxunur

Cəmiyyət

22.11.2019 - 10:19

Həyətyanı sahəsinin qanunsuz zəbt olunduğunu deyən şikayətçi, səlahiyyətli şəxsləri saxtakarlıqda ittiham edir

 

Tovuz rayon Düzqırıqlı kənd sakini Məhərrəmov Novruz Qara oğlu AYNA-nın redaksiyasına məktub ünvanlayıb. O, həmyerlisi olan keçmiş polis əməkdaşı Həsənov İlham İmran oğlundan şikayətçi olduğunu bildirib.

 

“Yaşadığımız evin qarşısında yerləşən, 1991-ci ildən isə istifadəmizdə olan həyətyanı torpaq sahəsini, bizim ailənin xəbəri olmadan, keçmiş dövlət məmuru Həsənov İlham İmran oğlu öz əlaqələrindən istifadə edərək saxta imzalarla sənəd düzəldərək mənimsəyib. Bu gün də həmin saxtalaşdırılmış dövlət sənədini əlində əsas tutaraq və əlaqələrinə güvənərək bizim ailəyə qarşı ağlasığmaz haqsızlıq edilir. Sənəddəki imzaların saxta olduğu da açıq-aşkar bilinir”, - N.Məhərrəmov yazıb.

Mərahim Nəsib